BANK

11 İyun

48 aya qədər müddətə daşınmaz əmlak girovu ilə təmin edilmiş nağd pul kreditləri təqdim edilir

"Rabitəbank" ASC 48 aya qədər müddətə daşınmaz əmlak girovu ilə təminatlı nağd pul kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, nağd pul kreditini ən sərfəli şərtlərlə əldə etmək mümkündür.

Kreditə müraciət etmək üçün şəxsiyyəti təsdiq edən sənəd və gəliri göstərən rəsmi sənəd təqdim olunmalıdır. Kredit alan şəxsin yaşı minimum 20, kreditin son ödəniş tarixi isə 65 yaşdan çox olmamalıdır. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olan və müqavilə ilə çalışan şəxslər də müraciət edə bilərlər.

Kredit məbləği 200 000 AZN-ə qədərdir. Faiz dərəcələri 3-12 ay müddətində 18%, 13-24 ayda 19%, 25-48 ay müddətində isə 20% təşkil edir. Kredit üzrə 1% komissiya tətbiq olunur.

Bankın təklif etdiyi nağd pul krediti daşınmaz əmlak girovu ilə təmin edilir və 3-48 ay müddətinə verilir. Ödəniş qrafiki və faiz dərəcələri FİFD göstəricilərinə uyğun olaraq 19,94%-dən 20,73%-ə qədər dəyişir.

Ətraflı məlumat üçün: //www.rabitabank.com/ferdi/kredit-sifarisi-kreditler/emekhaqqi-krediti

Fuad Mədətov
Finss.az