BANK

11 İyun

Güzəştli ipoteka kreditləri 100 min manatadək məbləğdə təqdim olunur

Bank of Baku ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli (MİDA) ipoteka kreditləri təklif edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 100 000 AZN-dək, müddəti isə 3 ildən 30 ilə qədərdir. İllik faiz dərəcəsi 4% təşkil edir. Kredit yalnız Azərbaycan manatında və Azərbaycan vətəndaşlarına verilir.

Kreditin ödəniş forması annuitet üsulundadır. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericilikdə müəyyən olunmuş pensiya yaşından artıq olmamalıdır.

Güzəştli ipoteka kreditindən istifadə etmək üçün ərizəçilərin “Güzəştli mənzil” sistemində elektron kabinetə malik olmaları və həmin sistem vasitəsilə mənzili seçmələri tələb olunur. Kreditin minimal ilkin ödənişi 10% təşkil edir.

Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/ipoteka-krediti/148

Fuad Mədətov
Finss.az