Bank of Baku daşınmaz əmlak girovu əsasında 100 000 AZN-dək istehlak krediti təklif edir.
Finss.az xəbər verir ki, kredit 3 aydan 59 aya qədər müddətə verilir, illik faiz dərəcəsi isə minimum 15%-dən başlayır. Komissiya haqqı minimum 1% olaraq müəyyən edilib, faktiki illik faiz dərəcəsi (FİFD) isə 17.93%-dən başlayır. Kreditlər AZN valyutasında və aylıq annuitet ödənişlə təqdim olunur.
Kreditə müraciət etmək hüququna dövlət və özəl sektorda çalışanlar, təqaüdçülər, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər malikdir. Tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, gəlir sənədləri və girov qoyulan daşınmaz əmlaka dair çıxarış daxildir.
Əsas təminat daşınmaz əmlak olsa da, fərdi hallarda digər təminat vasitələri – daşınar əmlak, zaminlik və ya qızıl-zinət əşyaları da qəbul oluna bilər.
Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/nagd-pul-krediti/132
Fuad Mədətov
Finss.az