Bank of Baku ASC təminatlı istehlak krediti təqdim edir.
Finss.az xəbər verir ki, kredit məbləği 3,000-dən 70,000 AZN-ə qədər, müddəti isə 3 ay ilə 59 ay arasında dəyişir. İllik faiz dərəcəsi minimum 14%, komissiya isə 0.5%-dən başlayır. Kredit yalnız Azərbaycan manatında (AZN) verilir. Ödənişlər aylıq annuitet üsulu ilə həyata keçirilir.
Kreditə dövlət və özəl sektorda çalışan şəxslər, həmçinin təqaüdçülər müraciət edə bilərlər. İş stajı minimum 6 ay olmalıdır. Yaş həddi minimum 20, maksimum 70 yaşdır.
Müraciət üçün tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi, iş yerindən və ya təqaüd haqqında arayış, həmçinin əmək haqqı hesabından son 6 ayın çıxarışı və ya elektron arayış.
Kreditin təminatı olaraq mütləq daşınmaz əmlak tələb olunur. Lazım gəldikdə fərdi hallarda daşınar əmlak, üçüncü şəxsin zaminliyi, qızıl-zinət əşyaları və digər təminat növləri də qəbul edilir.
Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/nagd-pul-krediti/131
Fuad Mədətov
Finss.az