2024-cü ili “PAŞA Bank Gürcüstan” 5 milyon 183 min manat xalis gəlirlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Bu barədə Finss.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə bankın xalis gəliri cəmi 1 milyon 100 min manat olub. Müqayisə göstərir ki, bankın xalis mənfəəti 4,7 dəfə və ya 4 milyon 83 min manat artıb.
Bankın məcmu aktivləri də artım göstərib. 2024-cü ilin sonuna “PAŞA Bank Gürcüstan”ın aktivləri 430,6 milyon manat, kapitalı isə 73,5 milyon manat olub. Halbuki 2023-cü ilin sonuna bu göstəricilər müvafiq olaraq 336,8 milyon manat və 71,1 milyon manat təşkil edirdi.
Beləliklə, bank bir il ərzində məcmu aktivlərini 27,9% və ya 93,8 milyon manat, məcmu kapitalını isə 3,4% və ya 2,4 milyon manat artırmağa nail olub.
Fuad Mədətov
Finss.az