BANK

10 İyun

Daşınmaz əmlak girovu ilə 5 min manatdan 100 min manata qədər istehlak kreditləri təqdim edilir

“TuranBank” ASC Azərbaycan vətəndaşlarına daşınmaz əmlak girovu ilə istehlak kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, kredit məbləği minimum 5 000 manat, maksimum 100 000 manatdır. Kreditin müddəti 12 aydan 59 aya qədər dəyişir. Faiz dərəcəsi isə təminatın dəyərinə və müddətinə görə 14%-dən 20%-dəkdir. Ödəniş annuitet üsulu ilə həyata keçirilir.

Kredit üçün girov kimi kənd təsərrüfatı məqsədli torpaq və tikililər qəbul edilmir. Borcalanların yaşı minimum 20, maksimum isə kreditin bitmə vaxtında 65 olmalıdır. İş stajı ən azı 6 ay tələb olunur. Kredit tarixçəsində gecikmə olmamalıdır. Komissiya 1% təşkil edir, cərimə faizi illik faiz dərəcəsinin iki mislisidir. Effektiv illik faiz dərəcəsi 16.4%-dən 27%-dək dəyişir.

Kredit şərtləri və təminatları “Biznes kreditləri üzrə şərt və tələblər” təlimatına əsasən tənzimlənir.

Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/961

Fuad Mədətov
Finss.az