Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları nəticəsində valyuta aktivlərinin idarə edilməsindən 491.6 milyon ABŞ dolları gəlir əldə edilib.
Finss.az bu barədə AMB-yə istiandən xəbər verir ki, hesabat dövründə investisiya portfelinin gəlirliliyi isə 4.5%-ə bərabər olub.
“Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları hesabat ili ərzində əsasən daxili bazarda valyuta satışları və məzənnə fərqi hesabına 653.5 milyon ABŞ dolları və ya 5.6% azalaraq 2024-cü ilin sonuna 10.96 milyard ABŞ dolları təşkil edib”, - məlumatda qeyd olunub.
Fuad Mədətov
Finss.az