“Premium Bank” ASC müştərilərinə 36 aylıq müddətə 20 000 manatadək kredit xətti təqdim edir.
Finss.az xəbər verir ki, Airmiles kart sahibləri üçün illik faiz dərəcəsi 22%, digər plastik kartlar üzrə isə 25% təşkil edir. Airmiles kartları üzrə güzəşt müddəti 45 gün, digər kartlar üçün isə 30 gündür.
Kredit xətti əldə etmək üçün müraciətçinin cari iş yerində minimum 6 ay iş stajı və ən azı 20 yaşda olması tələb olunur. Bank əlavə olaraq sığorta xidmətləri də təklif edir.
Ətraflı məlumat üçün keçid: //www.premiumbank.az/az/for-life/loans/mileskredit/
Fuad Mədətov
Finss.az