BANK

04 İyun

Depozitin 80%-i həcmində sərfəli kredit təklifi

Yapı Kredi Bank Azərbaycan QSC müddətli əmanət yerləşdirən müştərilərinə depozit qarşılığında kredit və Worldcard imkanları təqdim edir. Bankdan verilən məlumata görə, müştərilər yerləşdirdikləri əmanətin maksimum 80%-i həcmində kredit limiti əldə edə bilərlər.

Bankın təqdim etdiyi Depozit Qarşılıqlı Kredit məhsulu çərçivəsində, əmanətini AZN valyutasında yerləşdirən şəxslər üçün 12, 24 və 36 aylıq kredit müddətinə təklif olunan faiz dərəcəsi 10.5%, FİFD isə minimum 11.6%-dən başlayır.

Valyuta (USD və EUR) əmanətləri əsasında verilən kreditlər üzrə illik faiz dərəcəsi müvafiq olaraq USD üçün 5.75%, EUR üçün isə 4.25% təşkil edir. Bu kreditlər üzrə FİFD göstəriciləri USD üçün minimum 6.8%-dən, EUR üçün isə minimum 5.4%-dən başlayır.

Eyni zamanda, valyuta depoziti qarşılığında AZN-lə kredit götürmək imkanı da var. Bu zaman təklif olunan illik faiz dərəcəsi 9.75%-ə qədər yüksəlir, FİFD isə minimum 10.9%-dan hesablanır.

Bank bu məhsulla müştərilərə sahib olduqları vəsaiti riskə atmadan əlavə maliyyə imkanları yaratmağı təklif edir. Məhsulu əldə etmək istəyən şəxslər Yapı Kredi Bankın filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/depozit-qarsiliqli-kredit

Fuad Mədətov
Finss.az