Yapı Kredi Bank Azərbaycan IT və Telekommunikasiya sahəsində çalışanlar üçün endirimli istehlak krediti təqdim edir.
Finss.az xəbər verir ki, yeni müştərilər üçün illik faiz dərəcəsi 14%, təkrar müştərilər üçün isə 13% təşkil edir. Kredit məbləği 300 AZN-dən 50,000 AZN-ə qədər, müddəti 3-59 ay arasındadır. Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. Girov və zamin tələb olunmur. Bank müəyyən hallarda girov və əlavə sənədlər tələb etmək hüququna malikdir.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/texnologiya-geleceyimizdir
Fuad Mədətov
Finss.az