BANK

03 İyun

Maksimum 150 000 manatadək ipoteka krediti: İlkin ödəniş minimum 30% təklif olunur

Bank “BTB” ASC Azərbaycan vətəndaşları üçün AİKZF hesabına ipoteka kreditlərini təqdim edir.

Finss.az xəbər verir ki, kredit məbləği maksimum 150 000 AZN, sosial ipoteka kreditləri üçün isə maksimum 100 000 AZN-dir. Kredit müddəti sosial ipotekada 30 ilə, adi ipotekada isə 25 ilə qədər müəyyən olunub.

Kreditin illik faiz dərəcəsi 8% olaraq tətbiq edilir, sosial ipotekada isə bu faiz dərəcəsi 4%-dir. Faktiki illik faiz dərəcəsi 150 000 AZN kredit məbləği üçün 7,01%, sosial ipoteka üzrə 100 000 AZN məbləğdə isə 4,01% təşkil edir. Kreditin ilkin ödənişi minimum 30% olmalıdır. Ödənişlər annuitet üsulu ilə həyata keçirilir və kreditin təminatı kimi ipoteka predmetində olan yaşayış sahəsi göstərilir.

Kredit müraciəti üçün tələb olunan sənədlər sırasına şəxsiyyət vəsiqəsi, nikah və ya boşanma haqqında sənədlər, ailə üzvlərinin şəxsiyyət sənədləri, əmək müqaviləsi, gəlirləri təsdiqləyən sənədlər və ipoteka predmetinin qiymətləndirmə aktı daxildir.

İpotekanı rəsmiləşdirmək üçün mülkiyyət hüququnu təsdiqləyən sənədlər, texniki pasport, ipoteka predmetinin digər yüklü olmaması barədə sənəd və ailə üzvlərinin razılıq sənədləri tələb olunur. Borcalan şəxsin vəziyyətindən asılı olaraq əlavə sənədlər də tələb edilə bilər.

Bank “BTB” ipoteka kreditləri ilə vətəndaşlara münasib faiz dərəcələri və uzunmüddətli ödəmə şərtləri ilə yaşayış sahəsi əldə etmək imkanı yaradır.

Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/aikzf-hesabina-ipoteka-krediti-2

Fuad Mədətov
Finss.az