Bank “BTB” ASC dövlət və özəl sektorda çalışan əməkdaşlar, eləcə də yaşa və xidmət illərinə görə təqaüdə çıxmış şəxslər üçün yeni kredit kartı məhsulunu təqdim edib.
Finss.az xəbər verir ki, kreditdən yararlanmaq üçün müraciətçinin yaşı minimum 20, maksimum 70 olmalı, hazırkı iş yerində stajı isə azı 6 ay təşkil etməlidir.
Kreditin məbləği 300 manatdan 10 000 manatadək müəyyən olunur və yalnız milli valyutada – AZN ilə rəsmiləşdirilir. Müştəriyə Visa Classic və ya MasterCard Standard növlü kartlar təqdim edilir. Kredit müqaviləsinin müddəti 24 və ya 36 ay ola bilər, müvafiq olaraq bank kartının müddəti 12 və ya 24 ay təşkil edir.
Kreditin illik faiz dərəcəsi minimum 20%, faktiki illik faiz dərəcəsi isə 29,9% olaraq göstərilir. Rəsmiləşdirmə üzrə komissiya tətbiq olunmur, nağdlaşdırma zamanı isə ödəniş kartı üzrə standart tariflər qüvvədə qalır.
Kart aktiv olduğu müddətdə hər ay yalnız faizlər ödənilir, əsas borcun tam ödənişi isə müddətin sonunda həyata keçirilir. Kartın aktiv dövrü başa çatdıqda aylıq annuitet ödənişlər tətbiq olunur.
Bank “BTB”nin bu təklifi müştərilərinə komissiyasız rəsmiləşdirmə və rahat geri ödəniş imkanı təqdim edir.
Ətraflı məlumat üçün keçid: //www.btb.az/az/individual/loans/kredit-kart-12
Fuad Mədətov
Finss.az