Cari ilin aprel ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,211 milyard manat olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 12 milyon manat və ya 0,3% azdır.
Belə ki, martın sonuna Azərbaycandakı banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,223 milyard manat idi.
Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur.
Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.
Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.
Fuad Mədətov
Finss.az