BANK

02 İyun

Azərbaycanda kənd təsərrüfatına biznes kreditləri 1,81 milyard manat olub

Bu ilin aprel ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,810 milyard manata çatıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 6,8 milyon manat və ya 0,4% çoxdur. Belə ki, cari ilin mart ayının sonunda Azərbaycandakı banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1,803 milyard manat olub.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur.

Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.

Fuad Mədətov
Finss.az