BANK

30 May

AMB-nin banklara və BOKT-lara xalis tələbləri 13,8% artıb

Bu ilin mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,459 milyard manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 1,952 milyard manat və ya 17,1% azalıb.

Həmçinin, xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,149 milyard manat və ya 13,8% artıb.

Qeyd edək ki, 2025-ci ilin aprelin 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 11,411 milyard manat, 2024-cü ilin mayın 1-nə isə 8,310 milyard manat təşkil etmişdi.

Fuad Mədətov
Finss.az