BANK

30 May

İnvestisiya məqsədləri üçün 10 ilədək müddətli və 5%-lik faizlə kredit imkanları

Bank VTB (Azərbaycan) ASC Sahibkarlığın İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində müxtəlif kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, investisiya məqsədləri üçün kreditlərin müddəti 10 ilə qədərdir və məbləği 5 000-dən 10 000 000 AZN-ə qədər dəyişir. Bu kreditlər üzrə faiz dərəcəsi 5%-dir. Kreditin yarısı qədər müddətdə güzəşt müddəti tətbiq olunur.

Avadanlığın alınması məqsədilə verilən kreditlərin müddəti isə 5 ilədəkdir. Bu kreditlərin məbləği 5 000 AZN-dən başlayaraq 3 000 000 AZN-dək ola bilər və faiz dərəcəsi 9%-dir. Avadanlıq krediti üzrə güzəşt müddəti 12 aya qədər müəyyən edilir.

Bank VTB-nin Sahibkarlığın İnkişaf Fondu ilə birgə təqdim etdiyi kreditlər sahibkarlara əlverişli şərtlərlə investisiya və avadanlıq alınması üçün maliyyə dəstəyi imkanı yaradır.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/inkishaf-fondu/state-programm-loans/

Fuad Mədətov
Finss.az