Bank VTB (Azərbaycan) ASC müxtəlif məqsədlər üçün nağd pul kreditlərini təqdim edir.
Finss.az xəbər verir ki, müştərilər onlayn sifariş vasitəsilə kredit əldə edə, həmçinin digər banklardakı kreditlərini birləşdirərək aylıq ödənişlərini azalda bilərlər. Kredit məbləği 300-dən 50 000 AZN-dək, müddəti isə 6-dan 59 ayadəkdir.
Nağd kredit zaminsiz və komissiyasız verilir. Faiz dərəcəsi 10.49%-dən başlayır, faktiki illik faiz dərəcəsi (FİFD) də 10.49%-dən müəyyən edilir. Kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlər asanlıqla hesablana bilər.
Ətraflı məlumat üçün keçid: //vtb.az/personal/loans/cashloans/
Fuad Mədətov
Finss.az