“AFB Bank” ASC kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün mikrokreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kreditin minimal məbləği 500 AZN, maksimal məbləği isə 100 000 AZN-dir.
Faiz dərəcəsi illik 18%-dən başlayır. Kreditlər 3-36 ay müddətinə verilir və 1.3% komissiya tətbiq olunur.
Mikrokreditlər sənaye, istehsalat, xidmət, ticarət, tikinti, yükdaşıma, balıqçılıq və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlara yönəlib. Kredit almaq üçün yaş həddi 20-dən 65-ə qədərdir.
Ətraflı məlumat üçün keçid: //afb.az/mikrokredit
Fuad Mədətov
Finss.az