BANK

29 May

5,000-dən 80,000 AZN-dək təminatlı istehlak krediti təklif olunur

“AFB Bank” ASC istehlak kreditləri üzrə ümumi şərtlər çərçivəsində 5 000 AZN-dən 80 000 AZN-dək təminatlı kredit təqdim edir.

Finss.az xəbər verir ki, kreditin illik faiz dərəcəsi 14%-dən başlayır. Kredit müddəti 3 aydan 60 aya qədər müəyyən edilir.

Kredit üçün komissiya 0,5%-1% aralığında dəyişir. Kredit götürmək üçün yaş həddi 20 ilə 65 yaş arasında olmalıdır. Faktiki illik faiz dərəcəsi (FİFD) 15,2%-dən 21,8%-ə qədərdir.

Ətraflı məlumat üçün keçid: //afb.az/teminatli-istehlak-kredit

Fuad Mədətov
Finss.az