“Bank Avrasiya” ASC-nin əmanət təminatlı kredit proqramı çərçivəsində bankda yerləşdirdiyiniz əmanətə əsasən 10,000 AZN-dək nağd pul krediti əldə etmək mümkündür.
Finss.az xəbər verir ki, kredit məbləği 200 AZN-dən başlayır və əmanətin müddətinin sonunadək verilə bilər. Kreditin illik faiz dərəcəsi əmanət faizindən 2% yüksək olmaqla hesablanır. Proqrama 18 yaşdan yuxarı şəxslər müraciət edə bilər. Kreditin verilməsi üçün komissiya tutulmur, nağdlaşdırma zamanı isə 0,5% xidmət haqqı tətbiq olunur. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir, əlavə olaraq gəlir haqqında arayış tələb oluna bilər.
Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/retail/loans/emanet-teminatli-kredit/
Fuad Mədətov
Finss.az