BANK

29 May

Qızıl girovu ilə 20,000 AZN-dək kredit təklif olunur

“Bank Avrasiya” ASC qızıl girovu təqdim etməklə 20,000 AZN-dək nağd pul kreditini illik 19%-dən başlayan faiz dərəcəsi ilə təklif edir.

Finss.az xəbər verir ki, kredit məbləği 250 AZN-dən 20,000 AZN-dək, müddəti isə maksimum 48 ayadəkdir. İllik faiz dərəcəsi 19%-dən 24%-ə qədər dəyişir. Kreditin verilməsi zamanı komissiya tutulmur, nağdlaşdırma əməliyyatına isə 0.5% xidmət haqqı tətbiq edilir. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunur. Kredit götürən şəxsin yaşı 19 ilə 65 arasında olmalıdır.

Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/retail/loans/qizil-teminatli/

Fuad Mədətov
Finss.az