"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə müştərilərə 10 min ABŞ dollarının manat ekvivalentinədək nağd kredit təqdim edir.
Finss.az xəbər verir ki, kredit üzrə illik faiz dərəcəsi 12 faizdən başlayır və proqram əsasında müəyyən olunur. Kreditin maksimum müddəti 60 ay təşkil edir. Təminat olaraq zaminlik tələb oluna bilər, lakin əgər kredit bank və ya sığorta şirkətinin qarantiyası ilə təmin olunarsa, zamin şərti aradan qalxır. Kreditə müraciət edən şəxsin yaşı 65-dən çox olmamalıdır. Bank bu xidmət üzrə 1 faiz komissiya haqqı tətbiq edir.
Zaminlərin sayı isə Kredit Komitəsi tərəfindən müəyyənləşdirilir.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az