2024-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) Avstraliya və Yeni Zelandiyada yerləşən aktivlərinin həcmi 37,3 milyon manat təşkil edib.
Finss.az bu barədə AMB-yə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin sonu ilə müqayisədə 12,9 milyon manat və ya 25,7% azalma deməkdir. Belə ki, 2023-cü ilin sonunda sözügedən ölkələrdəki aktivlərin həcmi 50,2 milyon manat səviyyəsində olmuşdu.
Qeyd olunur ki, hesabat dövründə AMB-nin Avstraliya və Yeni Zelandiyada yerləşən bütün aktivləri borc qiymətli kağızlara yönəldilib.
Fuad Mədətov
Finss.az