2024-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq təşkilatlardakı aktivləri 2,072 milyard manat təşkil edib.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir.
AMB-nin bu istiqamətdəki aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 336 milyon manat və ya 14% azalıb. Xatırladaq ki, ötən ilin sonunda bu göstərici 2,408 milyard manat səviyyəsində idi.
Hesabat dövründə aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, 49 min manatı pul vəsaitləri və onların ekvivalentləri, 943 milyon manatı borc qiymətli kağızlar, 1,129 milyard manatı isə Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar təşkil edib.
Fuad Mədətov
Finss.az