BANK

27 May

AMB-nin Qərbi Avropadakı aktivləri 16,3 faiz azalıb

Ötən ilin sonuna olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) Qərbi Avropadakı aktivlərinin həcmi 2,252 milyard manat təşkil edib.

Finss.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 439 milyon manat və ya 16,3% azalıb.

2023-cü ilin sonunda isə AMB-nin Qərbi Avropadakı aktivləri 2,691 milyard manat olub.

Hesabat dövründə AMB-nin Qərbi Avropadakı aktivlərinin 547 milyon manatı pul vəsaitləri və onların ekvivalentləri, 1,705 milyard manatı isə borc qiymətli kağızlar üzrə olub.

Fuad Mədətov
Finss.az