BANK

26 May

Bu il aqrar sahəyə 32,3 milyon manat güzəştli kredit ayrılıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sahədə fəaliyyət göstərən şəxslərə ümumilikdə 1707 müraciət əsasında 32,3 milyon manat məbləğində güzəştli kredit ayırıb.

Finss.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Verilən kreditlərin 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784,5 min manatı digər güzəştli kreditlər, 2,5 milyon manatı isə mikrokreditlər təşkil edib.

Hesabat dövründə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həmçinin 673 baş damazlıq iribuynuzlu heyvanın alınması üçün 2,6 milyon manat, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınması üçün isə 39,4 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Fuad Mədətov
Finss.az