BANK

26 May

AMB-nin beynəlxalq maliyyə institutları qarşısındakı öhdəlikləri 28,3% azalıb

Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 1,223 milyon manat təşkil edib.

Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 483 min ABŞ dolları və ya 28,3 faiz azalıb.

Qeyd olunur ki, 2024-cü ilin yanvarın 1-nə AMB-nin beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 1,706 milyon manat olub.

Fuad Mədətov
Finss.az