BANK

26 May

Azərbaycan Mərkəzi Bankının mənfəəti 2,1 dəfə artıb

Azərbaycan Mərkəzi Bankının ötənilki mənfəəti 2,1 dəfə artaraq 721,5 milyon manata çatıb.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik maliyyə hesabatında məlumat verilib.

Bildirilib ki, 2023-cü illə müqayisədə mənfəət 372,4 milyon manat və ya 2,1 dəfə artıb. Xatırladaq ki, 2023-cü ildə AMB-nin mənfəəti 349,1 milyon manat olub.

Hesabat dövründə Mərkəzi Bankın faiz gəlirləri 717,6 milyon manat, faiz xərcləri 218,8 milyon manat, haqq və komissiya gəlirləri 27,8 milyon manat, komissiya xərcləri isə 9,6 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az