BANK

23 May

AMB-nin kommunal xidmətlərə xərcləri 74 min manat olub

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kommunal xidmətlərə çəkdiyi xərclər 74 min manat olub.

Finss.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilə nisbətən 7 min manat və ya 10,4% çoxdur.

2023-cü ildə isə kommunal xidmətlər üzrə xərclər 67 min manat təşkil etmişdi.

Qeyd edək ki, ötən il AMB-nin ümumi inzibati və digər əməliyyat xərcləri 111,3 milyon manat səviyyəsində olub.

Fuad Mədətov
Finss.az