2024-cü ilin dekabrın 31-nə Azərbaycanda dövriyyədə olan kağız və metal pulların ümumi həcmi 17,449 milyard manat təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu göstərici ötən illə müqayisədə 131 milyon manat və ya 0,8% artıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 31-nə dövriyyədə olan kağız və metal pulların həcmi 17,318 milyard manat olub.
Fuad Mədətov
Finss.az