Cari ilin yanvarın 1-nə tarixinə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərin ümumi həcmi 163,9 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 52,5 milyon manat və ya 24,3 faiz azalmaya işarə edir.
Qeyd edək ki, 2024-cü il yanvarın 1-nə bu göstərici 216,4 milyon manat olub.
Fuad Mədətov
Finss.az