Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarına ümumilikdə 375 min manat məbləğində kredit verib.
Finss.az xəbər verir ki, bu barədə məlumat AMB-nin rəsmi hesabatında əks olunub.
Qeyd olunub ki, bu rəqəm əvvəlki illə müqayisədə 23 min manat və ya 5,8% azdır. Belə ki, 2023-cü ildə Mərkəzi Bank tərəfindən işçilərə verilən kreditlərin ümumi həcmi 398 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az