"Bank Melli İran"ın Bakı filialı müştərilərə illik 22 faizlə 3 min manatadək kredit kartı təklif edir.
Finss.az xəbər verir ki, kreditin müddəti maksimum 12 ay müəyyən olunub. Kredit kartı əldə etmək üçün bir fiziki şəxsin zaminliyi tələb olunur. Daha yüksək məbləğlər və əlavə təminat şərtləri barədə qərarı isə Bankın Kredit Komitəsi verir. Müraciət edən şəxsin yaşı 65-i keçməməlidir. Bank bu xidmət üzrə 1 faiz komissiya haqqı tutur.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az