"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə daşınmaz əmlakın girovu ilə kredit təklif edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 100.000 ABŞ dollarının manat ekvivalentinədək müəyyən olunur və illik faiz dərəcəsi 12%-dən başlayır. Kreditin geri ödənişi üçün maksimum 60 ay müddət nəzərdə tutulur.
Təminat olaraq yalnız Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində yerləşən daşınmaz əmlak girov qismində qəbul edilir. Girov əmlakın sahibi və onun həyat yoldaşı zamin qismində çıxış etməməlidir. Torpaq sahələri, likvidliyi aşağı olan daşınmaz əmlaklar və iri müəssisələr girov kimi qəbul olunmur.
Əmlakın dəyəri 200.000 manata qədər olduqda bankın əməkdaşları tərəfindən qiymətləndirilə bilər. 200.000 manatdan artıq dəyərə malik daşınmaz əmlaklar isə yalnız müstəqil qiymətləndiricilərin rəyi əsasında qəbul olunur. Paylı mülkiyyət girov olaraq yalnız bütün paylar ipoteka ilə yükləndikdə qəbul edilir.
Əmlak kredit müraciətçisinin hesabına itki, zədələnmə və üçüncü şəxslərin vurduğu ziyana qarşı sığortalanmalıdır. Əmlakın dəyəri kredit məbləğindən azı 1,5 dəfə çox olmalıdır. Kredit müraciətçisi maksimum 65 yaşadək olmalıdır. Bankın xidmət haqqısı isə 1% təşkil edir.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az