"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak və ya qızıl zinət əşyalarının alınması məqsədilə qızıl və ya qızıl zinət əşyalarının girovu ilə kredit təklif edir.
Finss.az xəbər verir ki, kredit məbləği təqdim olunmuş qızıl və zinət əşyalarının dəyərinin 70%-i həcmində müəyyən edilir.
İllik faiz dərəcəsi 20%-dir və kredit müddəti 36 aya qədərdir. Təminat kimi qızıl və zinət əşyaları bankda saxlanılır və onların qiymətinin 70%-i girov qoyulur.
Kredit müraciətçisinin maksimal yaşı 70-dir. Bank xidmət haqqısı 1% təşkil edir, əlavə olaraq qızılın qiymətləndirilməsi üçün ayrıca xidmət haqqı tətbiq olunur.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az