BANK

21 May

Depozit girovu ilə 60 aya qədər şəxsi istehlak krediti

"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə pul vəsaitinin girovu ilə kredit təklif edir.

Finss.az xəbər verir ki, kredit məbləği təqdim olunan depozitin 90%-i qədərdir.

İllik faiz dərəcəsi müddətindən asılı olmayaraq 10%-dir, kredit müddəti isə 60 aya qədər müəyyən edilir. Kreditin təminatı kimi bankda olan cari və ya depozit hesabındakı pul vəsaiti bloklanır; manatla vəsaitin 90%-i, xarici valyutalarda isə (avro, ABŞ dolları) 80%-i girov qoyula bilər.

Kredit müraciətçisi 70 yaşa qədər ola bilər. Bank xidmət haqqısı 1% təşkil edir.

Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/

Fuad Mədətov
Finss.az