Azərbaycan Beynəlxalq Bankı ASC iri korporativ müştərilərin kreditləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Finss.az xəbər verir ki, bank ölkənin iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin maliyyələşdirilməsi üçün geniş imkanlar təqdim edir.
ABB tərəfindən təqdim olunan kreditlər əsasən əsas vəsaitlərin alınması, dövriyyə vəsaitinin artırılması, müxtəlif layihələrin maliyyələşdirilməsi, digər banklar qarşısında öhdəliklərin yenidən maliyyələşdirilməsi və şirkət səhmlərinin alınmasının dəstəklənməsi kimi məqsədlərə yönəldilir.
Kredit məbləği, müddət, faiz dərəcəsi və ödəniş şərtləri hər bir layihənin xarakterinə uyğun olaraq fərdi şəkildə müəyyən edilir. Eyni zamanda, borcalanın maliyyə vəziyyəti və kredit tarixçəsinə əsasən təminatlı və ya təminatsız kredit variantları təklif olunur.
ABB bu kreditləri həm öz daxili vəsaitləri, həm də Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi yerli, eləcə də xarici maliyyə qurumlarının resursları hesabına təqdim edir.
Bankın üstünlükləri sırasında iri məbləğdə kreditlər vermək imkanı, istənilən valyutada maliyyələşdirmə və layihəyə uyğun rahat ödəniş cədvəllərinin təklif olunması da yer alır. Müştərilər kredit sifarişlərini ABB-nin müvafiq xidmət strukturlarına və ya [email protected] elektron poçt ünvanına göndərməklə təqdim edə bilərlər.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/korporativ/korporativ-kreditler/iri-korporativ-musterilerin-kreditlesdirilmesi
Fuad Mədətov
Finss.az