BANK

22 May

Əmlak alınması və əsas vəsaitlərin yenilənməsi üçün kredit dəstəyi

Azərbaycan Beynəlxalq Bankı ASC fərdi sahibkarlar və hüquqi şəxslər üçün “İnvestisiya” kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit vasitəsilə müştərilər əmlak almaq, əsas vəsaitlərin təmiri, tikintisi, rekonstruksiyası, yeni fəaliyyət istiqamətinin inkişafı və biznesin genişləndirilməsi məqsədlərini həyata keçirə bilərlər.

Kredit yerli və xarici valyutada, birdəfəlik kredit və ya bərpa olunmayan kredit xətti formasında təqdim olunur. Maksimal məbləğ 3 milyon manat və ya ekvivalenti, müddət isə 84 aya qədər müəyyənləşdirilib. Faiz dərəcəsi 10%-dən başlayır, USD və EUR valyutalarında isə 5%-dən başlayaraq tətbiq olunur. Xidmət haqqı 1%-ə qədər tələb olunur və təminat tələb edilir. Güzəşt müddəti 24 aya qədər ola bilər.

Ödəniş şərtlərində annuitet, proporsional və individual ödəniş cədvəlləri mövcuddur. Bu kredit biznesin inkişafı və genişləndirilməsi üçün əlverişli maliyyə dəstəyi rolunu oynayır.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/investisiya-krediti-kredit%20xetti

Fuad Mədətov
Finss.az