“Azərbaycan Beynəlxalq Bankı” ASC, Ekvayrinq xidmətlərindən istifadə edən müştərilər üçün təminatsız və bərpaolunan kredit xətti olan “E-COM və E-POS Terminal kredit xətti” məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, bu kredit xətti qısa müddətli maliyyə ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Məhsul POS-terminal, Smart kassa və E-Commerce xidmətlərindən istifadə edən bizneslərə şamil olunur. Müştərilər bu məhsul çərçivəsində 350 min manata qədər kredit xətti əldə edə bilərlər. Kreditin müddəti 12 ayadək, illik faiz dərəcəsi isə 12 faizdən başlayır. Xidmət haqqı 1 faizə qədərdir. Kredit tam təminatsız şəkildə rəsmiləşdirilir və hər tranş üzrə ödəniş müddəti 30 gün olaraq müəyyən edilir. Bu məhsul, nağdsız ödənişlərdən faydalanan sahibkarlara çevik və rahat maliyyələşmə imkanı təqdim edir.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/e-com-ve-e-pos-terminal-kredit-xetti
Fuad Mədətov
Finss.az