BANK

21 May

Dövriyyə və əsas vəsaitlərin artırılması üçün yeni kredit təklifi

“Azərbaycan Beynəlxalq Bankı” ASC sahibkarlar üçün “Sahibkar Krediti” məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit növü dövriyyə və əsas vəsaitin artırılması məqsədilə təminatsız, minimal sənəd tələbi ilə və 1 iş günü ərzində rəsmiləşdirilir.

Kredit məhsulu detallı maliyyət təhlili və təminat tələb etmədən təqdim olunur. Müraciət prosesi sadə və operativdir.

Əsas şərtlər:

  • Maksimal məbləğ: 350 000 manat
  • Müddət: 36 ayadək
  • Faiz dərəcəsi: 14.5%-dən başlayaraq
  • Xidmət haqqı: 1%
  • Təyinat: Dövriyyə və əsas vəsaitlərin artırılması

Kreditə onlayn şəkildə müraciət etmək mümkündür. ABB-nin bu məhsulu sahibkarlara təcili və asan maliyyələşmə imkanı yaradır.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/sahibkar-krediti

Fuad Mədətov
Finss.az