BANK

21 May

Kiçik biznesə dəstək: 48 ayadək müddətə təminatsız kredit imkanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC kiçik sahibkarlar üçün onlayn kiçik biznes krediti təklif edir.

Finss.az xəbər verir ki, bu kredit növü maliyyə vəsaitlərinə sürətli və təminatsız çıxış imkanı yaradır.

Kreditə ABB Biz mobil tətbiqi vasitəsilə elektron formada müraciət etmək mümkündür. Müraciət göndərildikdən sonra kredit təklifləri dərhal təqdim olunur və təsdiqləndiyi halda vəsait birbaşa müştərinin hesabına köçürülür.

Əsas şərtlər:

  • Maksimal məbləğ: 100 000 manat
  • Müddət: 3 aydan 48 ayadək
  • Faiz dərəcəsi: 16%-dən başlayaraq
  • Xidmət haqqı: 0%
  • Təyinat: Əsas və dövriyyə vəsaitlərinin artırılması

Kredit tam onlayn, zaminsiz və girovsuz təqdim olunur. Bu imkanlar kiçik sahibkarların maliyyə ehtiyaclarını sürətli şəkildə həll etməyə yönəlib.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-biznes/onlayn-kreditler/kicik-biznes-krediti

Fuad Mədətov
Finss.az