“Azərbaycan Beynəlxalq Bankı” ASC əmanət hesabı olan müştərilər üçün yeni kredit imkanı təqdim edir.
Finss.az xəbər verir ki, müştərilər yerləşdirdikləri əmanətlərin 60%-dək məbləğində, əmanətin valyutasında 50 000 AZN/USD/EUR-dək kredit limiti əldə edə bilərlər.
Kredit üzrə komissiya tutulmur. Kreditin müddəti maksimum 12 ay olmaqla, əmanətin bitmə tarixini aşmamalıdır. Təminat kimi borcalanın adına rəsmiləşdirilmiş depozit vəsaiti çıxış edir. Əsas borcun ödənişi kredit müddətinin sonunadək, faizlərin ödənişi isə aylıq həyata keçirilir.
Güzəşt müddəti olan kreditlərdə illik faiz dərəcələri milli valyutada 28%-dən, xarici valyutada isə 22%-dən başlayır. Güzəşt müddəti olmayan kreditlər üzrə isə bu göstəricilər müvafiq olaraq 24% və 18%-dir. Limitdən artıq istifadə halında faizlər ikiqat tətbiq olunur.
Kreditə 18 yaşdan yuxarı şəxslər müraciət edə bilər. Sənədlər arasında şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi tələb olunur.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/ferdi/kreditler/emanetci-kredit-limiti
Fuad Mədətov
Finss.az