BANK

20 May

Avtomobil almaq istəyənlərə 10%-dən başlayan ilkin ödənişlə kredit imkanı

ABB avtomobil almaq istəyənlər üçün 200 000 AZN-dək sərfəli kredit imkanları təqdim edir.

Finss.az xəbər verir ki, müştərilər rəsmi dilerlərdən seçdikləri avtomobil üçün onlayn müraciət edərək kredit şərtlərini əvvəlcədən öyrənə bilirlər.

Avtomobil kreditləri üzrə illik faiz dərəcəsi avtomobilin növündən asılı olaraq dəyişir: elektrik avtomobillər üçün 13%-dən, hibrid avtomobillər üçün 13.5%-dən, digər avtomobillər üçün isə 14%-dən başlayır. Kredit müddəti 60 aya qədərdir. İlkin ödəniş 10%-dən başlayır. Komissiya 0.5% (minimum 20 AZN) təşkil edir.

Kredit yalnız istehsal tarixi 3 ildən çox olmayan və yürüşü 1000 km-dən az olan avtomobillərə şamil olunur. Müştəri olmaq üçün Azərbaycan vətəndaşı olmaq, minimum 6 ay iş stajına malik olmaq və 20-65 yaş aralığında olmaq tələb olunur.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/ferdi/kreditler/avtomobil-krediti

Fuad Mədətov
Finss.az