BANK

19 May

10%-dən başlayan ilkin ödənişlə MİDA mənzillərinə ipoteka krediti

Kapital Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına MİDA MMC tərəfindən və ya MİDA MMC ilə müqavilə bağlamış investorlar tərəfindən inşa edilən mənzillərin alınması üçün güzəştli ipoteka krediti təqdim edir.

Finss.az xəbər verir ki, kredit üzrə ilkin ödəniş 10%-dən başlayır, maksimal kredit məbləği 100 000 AZN təşkil edir. İllik faiz dərəcəsi isə yalnız 4%-dən başlayaraq sərfəli şərtlər təqdim edir.

Bu ipoteka krediti ilə vətəndaşlar MİDA tərəfindən tikilən mənzilləri əlverişli şərtlərlə əldə etmək imkanına malikdirlər.

Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/government/item/8

Fuad Mədətov
Finss.az