BANK

19 May

Şəxsi ehtiyaclar üçün 50 000 AZN-dək nağd pul krediti

Kapital Bank müştərilərinə 50 000 AZN-dək məbləğdə nağd pul krediti təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit şəxsi ehtiyacların qarşılanması üçün nəzərdə tutulub və 59 ayadək müddət ərzində hissə-hissə ödənilə bilər.

Kreditin illik faiz dərəcəsi 10.9%-dən başlayır, maksimal effektiv illik faiz dərəcəsi isə 43.84%-ə qədər yüksələ bilər. Kredit üzrə ödənişlər gün ərzində saat 19:00-dək edildiyi halda həmin günün ödənişi kimi qəbul olunur.

Krediti həm Kapital Bank, həm də digər banklardan əmək haqqı və ya təqaüd alan şəxslər əldə edə bilərlər. Müştərinin minimum yaşı 18, kreditin son ödəniş tarixinədək isə maksimal yaşı 70 olmalıdır. İşləyən şəxslər üçün son iş yerində ən azı 3 ay staj tələbi mövcuddur. Təqaüdçü müştərilərə bu tələb tətbiq edilmir.

Kapital Bank qeyd edir ki, rəsmi gəliri olan və digər banklarda krediti olan şəxslər də bu məhsuldan yararlana bilərlər. Xüsusi hallarda zamin tələb oluna bilər.

Ətraflı məlumat üçün keçid: //ccl.birbank.az/az/order/GTKR?t=kbtvr_id=c9c70ab7-dc98-46aa-8959-47e9ffd6e366

Fuad Mədətov
Finss.az