BANK

19 May

Aqrar sahədə biznesə 50 mindən 500 min manata qədər kreditlər təqdim olunur

“PAŞA Bank” ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində aqrar sektora maliyyə dəstəyi göstərir.

Finss.az xəbər verir ki, layihə çərçivəsində PAŞA Bank investisiya kreditləri, qısa müddətli dövriyyə vəsaitlərinin artırılması kreditləri və dəyər zəncirinin maliyyələşdirilməsi üzrə kredit məhsulları təqdim edir. Kreditlər həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə rəsmiləşdirilə bilər.

İnvestisiya kreditləri kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, bazara çıxış imkanlarının genişləndirilməsi və qida təhlükəsizliyi standartlarının təmin olunması məqsədilə təqdim olunur. Kredit məbləği 50 000 manatdan 500 000 manatadək (və ya ekvivalent ABŞ dolları ilə) müəyyən edilir.

Kreditin müddəti 24 aydan 84 ayadək, güzəşt müddəti isə 6 ayadəkdir. Faiz dərəcəsi və komissiya fərdi razılaşma əsasında təyin olunur. Müştərilər kreditin ödənişlərini annuitet və ya xüsusi qrafik əsasında həyata keçirə bilərlər.

Ətraflı məlumat üçün keçid: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,913/lang,az/

Fuad Mədətov
Finss.az