BANK

19 May

Əməkhaqqı kartın varsa, 11.5%-lə kredit almaq mümkündür

“PAŞA Bank” ASC əmək haqqı kartı bankda olan müştərilər üçün nağd kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, kredit məhsulu manatla (AZN) rəsmiləşdirilir və maksimum 48 ay müddətinə təklif olunur.

Kredit üzrə illik faiz dərəcəsi 11.5%-dən başlayır və 28%-ə qədər dəyişir. Effektiv illik faiz dərəcəsi (FİFD) isə 11.5%-29.86% aralığında müəyyən edilir. Kreditin geri ödənişi annuitet cədvəli əsasında aparılır.

Rəsmiləşdirmə zamanı komissiya məbləği 0%-dən başlayaraq 3%-ə qədər ola bilər. Kredit üzrə sığorta tələbi təqdim edilən şərtlərdən asılı olaraq tətbiq oluna bilər.

Ətraflı məlumat üçün keçid: //www.pashabank.az/loans_ib,1026/lang,az/

Fuad Mədətov
Finss.az