BANK

16 May

Bu banklarda idarəetmə standartları pozuldu — AMB sərəncamı

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar təqdim edib.

Bu barədə AMB-nin rəsmi məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hər iki bank “Banklarda korporativ idarəetmə standartları”nın 4.8-ci bəndinin tələblərini pozub. Azərbaycan Respublikasının “Banklar haqqında” qanununun 47.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kredit təşkilatlarında aşkar edilmiş pozuntu hallarının gələcəkdə təkrarlanmaması məqsədilə daxili prosedurların təkmilləşdirilməsi üçün müvafiq icrası məcburi sərəncamlar verilib.

AMB-nin bu addımı bank sektorunda şəffaflıq və səmərəliliyin artırılması, eləcə də korporativ idarəetmə qaydalarına riayət olunmasının təmin edilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Banklardan tələb olunur ki, sərəncamlara ciddi əməl etməklə idarəetmə standartlarını təkmilləşdirsinlər.