"Xalq Bank" ASC sahibkarlara istehsalın genişləndirilməsi və satış həcminin artırılması məqsədilə sərfəli biznes kreditləri təklif edir.
Finss.az xəbər verir ki, kredit müddəti 72 aya qədər, illik faiz dərəcəsi isə 12%-dən başlayır.
Bank həm bərpa olunan kredit xətti, həm də tranş şəklində kreditlər təqdim edir. Məbləğ və təminat növünə görə şərtlər aşağıdakı kimidir:
- 20 000 AZN-dək kreditlər – 48 aya qədər, təminat zaminlik, illik faiz 12%-dən;
- 30 000 AZN-dək kreditlər – 48 aya qədər, təminat daşınar əmlak, illik faiz 12%-dən;
- 100 000 AZN-dək kreditlər – 60 aya qədər, təminat daşınmaz əmlak, illik faiz 12%-dən;
- 100 000 AZN-dən çox kreditlər – 60 aya qədər 12%-dən, 61-72 ay 14%-dən illik faizlə, təminat daşınmaz əmlak.
Kreditə 24 ayadək güzəşt müddəti tətbiq olunur. Ödənişlər bankın təqdim etdiyi cədvələ əsasən həyata keçirilir. Kreditin komissiyası kredit məbləğinin 0.5%-i (min. 20 AZN, maks. 1000 AZN) təşkil edir. Girov olaraq təqdim olunan əmlak sığortalanır.
Kredit hüquqi şəxslər və fərdi sahibkarlara təqdim edilir. Hüquqi şəxslər üçün sahibkarlıq fəaliyyəti müddəti minimum 12 ay, fərdi sahibkarlar üçün isə minimum 6 ay olmalıdır. Borcalanın yaş həddi 20-70 yaş arasında müəyyən olunub.
Bank bildirir ki, bu kredit məhsulu sahibkarlara bizneslərini inkişaf etdirmək üçün zəruri maliyyə dəstəyini təmin edir.
Ətraflı məlumat üçün keçid: //www.xalqbank.az/az/korporativ/kreditler/biznes/teleb-olunan-senedler
Fuad Mədətov
Finss.az