BANK

16 May

Fermerlərə 500-15 000 AZN-dək güzəştli kreditlər

"Yelo Bank" ASC Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə mikro kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, kredit məbləği 500 AZN-dən 15 000 AZN-dək, müddəti isə 6 ay ilə 36 ay arasında dəyişir.

Kredit məhsulunda 12 aya qədər güzəşt müddəti, illik faiz dərəcəsi 12%, komissiya dərəcəsi isə məbləğ və müddətdən asılı olaraq 1%-dən 2%-ədək müəyyən edilir. Kreditdə girov tələb olunmur, lakin rəsmi gəlirə malik zamin tələb olunur.

Kredit götürmək üçün müraciət edənlərin şəxsiyyət vəsiqəsi, VÖEN-i və Elektron Kənd Təsərrüfatı Sistemində (EKTİS) qeydiyyatda olmaları vacibdir. Bundan əlavə, son iki il ərzində kredit tarixçəsində gecikdirilmiş borc olmamalıdır.

Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13.08%, maksimum isə 24.37% təşkil edir.

Bank bildirir ki, bu kreditlər kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlara çevik maliyyə dəstəyi göstərmək məqsədilə təqdim olunur.

Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/akia/

Fuad Mədətov
Finss.az